Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Tovuz şəhər stadionunda "Turan Tovuz" "Neftçi" ilə üz-üzə gəlib.
Görüş qolsuz heç-heçə ilə yekunlaşıb - 0:0.
----------------------
Azərbaycan Premyer Liqasında XIII turun ilk oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, Yevlax şəhər stadionunda "Kəpəz" "Zirə" ilə üz-üzə gəlib.
Görüş qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 62-ci dəqiqədə gözəl zərbə ilə Leroy Mikels açıb.
Ona məhsuldar ötürmə verən İssa Cibrila isə 84-cü dəqiqədə uzaqdan zərbə ilə yekun nəticəni müəyyənləşdirib.
Bu qələbə sayəsində "Zirə" xalını 26-ya çatdırıraraq, lider "Qarabağ"la bərabərləşib. 6 xala malik "Kəpəz" isə hələlik 10-cudur.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIII tura start veriləcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günündə 2 görüş keçiriləcək.
Yevlax şəhər stadionunda "Kəpəz" "Zirə"ni qəbul edəcək.
Gəncə komandası ötən tur elə bu arenada "Karvan-Yevlax"a 2:1 hesabı ilə qalib gələrək, 6 xalla sonuncu pillədən 10-cu mövqeyədək irəliləyib. Bakının qəsəbə təmsilçisi isə "Qəbələ"ni minimal hesabla yenərək, 23 xalla 3-cü yerə qalxıb.
İki komanda indiyədək 25 dəfə üz-üzə gəlib. Bunların cəmi 3-də "Kəpəz" qalib gəlibsə, 14-də "Zirə" sevinib. Daha 8 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt klubunun ciddi üstünlüyü var - 41:17. “Zirə” son 7 oyunda qalib gəlib. “Kəpəz” isə son 6 matçda qol belə, vura bilməyib.
Saat 14:00-da başlanacaq görüşü baş hakim Rəşad Əhmədov idarə edəcək.
Günün digər oyununda isə "Turan Tovuz" "Neftçi"ni sınağa çəkəcək. Hər iki komanda ötən turu qələbəsiz başa vurub. Tovuzlular səfərdə "Araz-Naxçıvan"la 1:1 hesablı heç-heçə edibsə, bakılılar evdə debütant "İmişli"yə uduzub - 2:3. Bu məğlubiyyətdən sonra Samir Abasov istefaya göndərilib. Yeni baş məşqçi axtarışında olan komandanı səfər matçına Sənan Qurbanov çıxaracaq.
Hazırda "Turan Tovuz" 23 xalla 2-ci, "Neftçi" 15 xalla 8-cidir.
Komandalar indiyədək 13 dəfə üz-üzə gəliblər. 2 görüşdə "Turan Tovuz", 6 matçda "Neftçi" qələbə qazanıb, 5 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də paytaxt komandası öndədir - 17:11. Son 5 qarşılaşmada meydan sahibi olan komanda qalib gələ bilməyib. “Turan Tovuz”un son üç ev oyununda hər iki komanda qol vurub.
Saat 18:30-da başlanacaq görüşü baş hakim Fərid Hacıyev idarə edəcək.
Azərbaycan Premyer Liqası, XIII tur
28 noyabr (cümə)
14:00. “Kəpəz” – “Zirə” - 0:2
Qollar: Leroy Mikels, 62. İssa Cibrila, 84
Sarı vərəqələr: Rauf Hüseynli, 57 (qeyri-idman hərəkəti); Olavale Onanuqa, oyundan sonra (qeyri-idman hərəkəti) - Ayron Qomis, 90+4 (qeyri-idman hərəkəti)
Hakimlər: Rəşad Əhmədov, Akif Əmirəli, Teymur Teymurov, İslam Məmmədov
VAR: Rəvan Həmzəzadə
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Yevlax şəhər stadionu, 1000 tamaşaçı
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev (77. Fərid Nəbiyev, 64) 7. Ehtiram Şahverdiyev (14. Adama Fofana, 64) 5. Rauf Hüseynli 88. Şakir Seyidov 17. Ümid Səmədov 53. Şahmar Aşurov (55. Kresus Donqo, 68) 29. Dioqo Verdaska (k) 24. Olavale Onanuqa (99. Əli Səmədov, 83) 10. Ryonosuke Ohori (20. Elcan Əbilov, 83) 38. Cefferson Bentu
Ehtiyat oyunçular: 81. Elgün Bayramov 23. Fərid Kələntərov 66. Arzu Atakişiyev 6. Pedro Qomeş
Baş məşqçi: Azər Bağırov
“Zirə”: 97. Tiaqo Silva 8. İsmayıl İbrahimli (20. İssa Cibrila, 58) 14. Elçin Əlicanov 29. Ceyhun Nuriyev (93. Brahim Konate, 58) 26. Stefan Aka 4. Ruan Renato (k) 25. Enrike Kustodio 28. Leroy Mikels (77. Yeqor Boqomolski, 71) 10. Giorgi Papunaşvili (30. Rikardo Martins, 71) 11. Junior Martins (5. Ange Mutsinzi, 90) 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov 41. Anar Nəzirov 70. Namik Ələskərov 21. Hacıağa Hacılı 7. Rövlan Muradov 16. Fuad Bayramov 6. Eldar Quliyev
Baş məşqçi: Rəşad Sadıqov
18:30. “Turan Tovuz” – “Neftçi” - 0:0
Sarı vərəqə: Enrike Silva, 16 (qeyri-idman hərəkəti)
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Müslüm Əliyev, Vüqar Həsənli
VAR: Nicat İsmayıllı
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Tovuz şəhər stadionu, 4500 tamaşaçı
“Turan Tovuz”: 1. Oleq Baklov 17. Rəhim Sadıxov (29. Filip Ozobiç, 65) 11. Ayxan Hüseynov (21. Aleks Souza, 65) 5. Roderik Miller 3. Enrike Silva 23. Alexandro Serrano (10. Xəyal Nəcəfov, 32) 90. Joarlem Santos 15. Emmanuel Hakman (k) 32. Hayderson Hurtado 7. Xorxe Silva 19. Roberto Olabe
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 88. Faiq Hacıyev 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 14. Murad Dadaşev 30. Mircamal Əlizadə
Baş məşqçi: Kurban Berdiyev
“Neftçi”: 13. Kenan Piriç (k) 15. Elvin Bədəlov 45. Vensan Abubakar 6. Sessi DAlmeyda 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu 9. Bassala Sambu (22. Luis Ortis, 76) 27. Kristian Kostin 11. İmad Faraj (47. Murad Məmmədov, 82) 10. Freddi Varqas (8. Emin Mahmudov, 76)
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 14. Edvin Kuç 23. Cordan Rezabala 28. Alessio Kurçi
Məşqçi: Sənan Qurbanov
Qeyd edək ki, turun qalan oyunları 29-30 noyabrda keçiriləcək.














































































