Türkiyə Super Liqasında XIV turun mərkəzi görüşündə "Fənərbağça" və "Qalatasaray" komandaları üz-üzə gəlib.
Sportnet.az-ın məlumatına görə, "Ülker" stadionunda keçirilmiş qarşılaşma heç-heçə ilə yekunlaşıb - 1:1.
İlk qolu 27-ci dəqiqədə "sarı-qırmızılar"ın futbolçusu Leroy Sane vurub. 90+6-cı dəqiqədə isə Con Duran "sarı-lacivərtlilər"in bərabərlik qolunun müəllifi olub.
Baş hakim Yasin Kol "Fənərbağça"nın 3, "Qalatasaray"ın 4 futbolçusuna sarı vərəqə göstərsə də, qarşılaşma ciddi münaqişə və qırmızı vərəqəsiz tamamlanıb. O, ikinci hissəyə 6 dəqiqə əlavə etsə də, final fitini 101-ci dəqiqədə çalıb.
44-cü dəqiqədə isə Kol "sarı-lacivərtlilər"in futbolçusu Edson Alvaresin qolunu epizoddan əvvəl Milan Şkrinyarın əllə oynaması səbəbindən ləğv edib.
Beləliklə, xalını 33-ə çatdıran "Qalatasaray" liderliyini davam etdirib. Hələ məğlubiyyətlə üzləşməyən "Fənərbağça" isə 32 xalla 2-ci pillədə qalıb.


































































