Azərbaycan Premyer Liqasında XIV turun açılış oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Zirə" lider "Qarabağ"ı qəbul edib.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hər iki topa "Zirə"nin futbolçuları imza atıb. 31-ci dəqiqədə İssa Cibrila rəqibin, 44-cü dəqiqədə Enrike Kustodio öz qapısına qol vurub.
Bununla da "Qarabağ" xalını 30-a çatdıraraq, liderliyini davam etdirib. 27 xala malik "Zirə" isə ikincidir.
-------------------
Bu gün Azərbaycan Premyer Liqasında XIV turun ilk oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, açılış matçında "Zirə" və "Qarabağ" komandaları üz-üzə gələcək.
Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşma saat 17:00-da başlanacaq. Matçı baş hakim Rauf Cabarov idarə edəcək.
Hazırda "Qarabağ" 29 xalla 1-ci, "Zirə" 26 xalla 2-ci yerdə gedir.
Komandalar indiyədək 40 dəfə üz-üzə gəliblər. Oyunların yalnız 2-də “Zirə” qələbə qazanıb. "Qarabağ" 26 dəfə qalib olub və daha 12 matç heç-heçə ilə yekunlaşıb.
Topların nisbətində isə Ağdam təmsilçisinin belə bir üstünlüyü var - 81:22. “Qarabağ” son 8 oyunda qol vurub. “Zirə”nin son 2 ev görüşündə 4 və ya daha çox qol qeydə alınıb.
Azərbaycan Premyer Liqası, XIV tur
6 dekabr (şənbə)
17:00. “Zirə” – “Qarabağ” - 1:1
Qol: İssa Cibrila, 31 - Enrike Kustodio, 44 (avtoqol)
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Pərvin Talıbov, Vüqar Həsənli
VAR: Əliyar Ağayev
AVAR: Vüsal Məmmədov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Elçin Məmmədov
Zirə İdman Kompleksinin stadionu
Qeyd edək ki, turun qalan oyunları 7 - 9 dekabrda keçiriləcək.













































































