Karvan Yevlax" azarkeşləri Azərbaycan Premyer Liqasının XIV turunda "Şamaxı"ya 0:3 hesablı ev məğlubiyyətini narazılıqla qarşılayıblar.
Sportnet.az xəbər verir ki, Yevlax şəhər stadionunda keçirilmiş oyun bitər-bitməz fanatlar Yevlax komandasını fitə basıblar.
Onların etirazları xüsusən məşqçi Füzuli Məmmədova yönəlib. Məmmədov isə əvvəlcə sərt formada, sonra isə əl çalmaqla cavab verib.


















































































