Azərbaycan Premyer Liqasında XIV turun daha bir oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Bank Respublika Arena"da "Sabah" "Neftçi"ni qəbul edib.
Baş hakim Rəvan Həmzəzadənin idarə etdiyi qarşılaşma meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Hesabı 58-ci dəqiqədə Akim Zedadka açıb. 77-ci dəqiqədə isə Coy Lens Mikels son nöqtəni qoyub.
Bununla da xalını 28-ə çatdıran "Sabah" 2-ci pilləyə yüksəlib. "Neftçi" isə 16 xalla 8-cidir.
Qarşılaşmanı "Neftçi"yə baş məşqçi təyin olunacağı gözlənilən Yuri Vernidub oğlu və gələcək köməkçisi Vitali Vernidubla birlikdə fəxri tribunadan izləyib.
Qeyd edək ki, bu gün keçirilməli olan "Qəbələ" - "Turan Tovuz" oyunu təxirə salınıb.
-----------------
Bu gün Azərbaycan Premyer Liqasında XIV turun daha 2 oyunu keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk görüş "Qəbələ" və "Turan Tovuz" komandaları arasında gerçəkləşəcək.
Qəbələ şəhər stadionunda baş hakim Tural Qurbanovun idarə edəcəyi qarşılaşma saat 17:00-da başlanacaq.
Hazırda "Qəbələ" 13 oyundan 8 xalla 10-cu, "Turan Tovuz" 24 xalla 4-cü pillədə qərarlaşıb. Qələbə təqdirində, Tovuz komandası turu ən azı 3-cü pillədə başa vuracaq.
Bu, günün digər matçında "Sabah"ın "Neftçi"yə qarşı göstərəcəyi nəticədən asılı olacaq. Masazır təmsilçisi 12 oyundan 25 xalla 3-cü yerdə gedir. Baş məşqçi Valdas Damrauskasın rəhbərlik etdiyi kollektiv qalib gəlsə, 2-ci pilləyə qalxacaq.
16 xalla 8-ci yerdə gedən "Neftçi"yə isə yenidən 1 pillə irəliləmək üçün mütləq qələbə lazımdır.
"Qəbələ" Premyer Liqada "Turan Tovuz"la 10-cu dəfə üz-üzə gələcək. Əvvəlki oyunların yalnız 2-də qələbə qazanmış "qırmızı-qaralar" 4 dəfə uduzublar. 3 görüşdə isə qalib müəyyənləşməyib. Lakin topların nisbətində "Turan Tovuz" geridə qalır - 10:12. Qərb klubu son üç matçda qalib gəlib. “Qəbələ” son üç ev görüşündə qol vurub.
"Sabah" və "Neftçi" isə indiyədək 28 dəfə qarşılaşıb. Oyunların 8-də Masazır, 13-də Bakı komandası qalib olub. Daha 7 matçda qalib müəyyənləşməyib. Topların nisbətində də bakılıların üstünlüyü var - 34:22. Lakin “Sabah” son 9 matçda uduzmayıb. Son 11 qarşılaşmada ikidən çox qol olmayıb.
Azərbaycan Premyer Liqası, XIV tur
8 dekabr (bazar ertəsi)
17:00. “Qəbələ” – “Turan Tovuz” - 0:0 (Oyun 22:30-cu dəqiqədə təxirə salınıb)
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Eyyub İbrahimov, Elvin Bayramov
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: İlham Əliyev
Qəbələ şəhər stadionu
20:00. “Sabah” – “Neftçi” - 2:0
Qollar: Akim Zedadka, 58. Coy Lens Mikels, 77
Sarı vərəqələr: Mustafa Sek, 79 (qeyri-idman hərəkəti); Cordan Rezabala, 85 (qeyriidman hərəkəti)
Hakimlər: Rəvan Həmzəzadə, Akif Əmirəli, Cəmil Quliyev, Kamranbəy Rəhimov
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”, 3500 tamaşaçı
“Sabah”: 92. Stas Pokatilov (k) 46. Aleksey İsayev (8. Ayaz Quliyev, 87) 20. Coy Lens Mikels 21. Velko Simiç (17. Tellur Mütəllimov, 90+1) 40. İqor Noqeyra 80. Akim Zedadka (2. Amin Seydiyev, 90+1) 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça (6. Abdulax Xaybulaev, 82) 33. Umarali Raxmonaliyev 19. Aron Maluda (88. Xəyal Əliyev, 82)
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 5. Rəhman Daşdəmirov 89. Cəfər Muxtarov 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Neftçi”: 13. Kenan Piriç (k) 15. Elvin Bədəlov 47. Murad Məmmədov (22. Luis Ortis, 79) 45. Vensan Abubakar (10. Freddi Varqas, 61) 77. Falaye Sako 6. Sessi Dalmeyda (8. Emin Mahmudov, 46) 24. Mustafa Sek 5. İqor Ribeyro 18. İfeanyi Metyu (14. Edvin Kuç, 61) 9. Bassala Sambu 11. İmad Faraj (23. Cordan Rezabala, 61)
Ehtiyat oyunçular: 1. Emil Balayev 93. Rza Cəfərov 17. Murad Xaçayev 19. Ağadadaş Salyanski 27. Kristian Kostin 28. Alessio Kurçi
Məşqçi: Sənan Qurbanov
Xatırladaq ki, turun əvvəlki oyunlarında "Zirə" evdə "Qarabağ"la heç-heçə edib - 1:1. "Şamaxı" isə səfərdə "Karvan-Yevlax"ı darmadağın edib - 3:0. Turun son 2 görüşü isə 9 dekabrda keçiriləcək.













































































