Azərbaycan Premyer Liqasında XIV turun son 2 görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, əvvəlcə "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Kəpəz"i qəbul edib.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb- 2:0.
Hesabl 38-ci dəqiqədə Coşqun Diniyev açıb. 65-ci dəqiqədə isə Patrik Andrade yekun nəticəni müəyyənləşdirib.
"Sumqayıt" isə Mehdi Hüseynzadə adına şəhər stadionunda "İmişli"ni sınağa çəkib. Qarşılaşma yerli komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qola 82-ci dəqiqədə Rüstəm Əhmədzadə imza atıb. 90-cı dəqiqədə baş hakim Əliyar Ağayev "Sumqayıt"ın qapısına penalti təyin edib. Lakin İbrahimov penaltidən yararlana bilməyib.
Bu nəticələrdən sonra "Sumqayıt" 26 xalla 4-cü yerə yüksəlib, "Araz-Naxçıvan" 23 xalla 6-cı pillədə qalıb. "İmişli" 15 xalla 9-cu, "Kəpəz" 6 xalla 11-ci pillədə qalıb.
----------------
Bu gün Azərbaycan Premyer Liqasında XIV turun son 2 görüşü keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, ilk matçda "Araz-Naxçıvan" "Liv Bona Dea Arena"da "Kəpəz"i qəbul edəcək.
Naxçıvan və Gəncə komandaları son 5 gün ərzində ikinci dəfə üz-üzə gələcəklər. Dekabrın 4-də eyni arenada təşkil olunmuş Azərbaycan Kubokunun 1/8 final görüşündə "Kəpəz" əlavə vaxtda 1:0 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.
Hazırda 13 oyundan 20 xalla 6-cı yerdə gedən "Araz-Naxçıvan" hətta qələbə təqdirində də irəliləyə bilməyəcək. Əvəzində 6 xalla 11-ci yerdə gedən "Kəpəz" qalib gəlsə, xalını 9-a çatdıracaq və 1 pillə yuxarı qalxacaq. Qonaqlar qələbə qazansa, Elmar Baxşıyevin Muxtar Respublika təmsilçisinin baş məşqçi postundan istefa verəcəyi istisna deyil.
İki komanda indiyədək 13 dəfə qarşılaşıb. "Araz-Naxçıvan" 5, "Kəpəz" 6 qələbə qazanıb, 2 görüş heç-heçə ilə tamamlanıb. Topların nisbətində gəncəlilərin ciddi üstünlüyü var - 20:13. Son 5 matçda “Kəpəz” qol vurmayıb və 2-dən çox top qeydə alınmayıb.
Günün son oyununda isə "Sumqayıt" Mehdi Hüseynzadə adına şəhər stadionunda debütant "İmişli"ni sınağa çəkəcək. Hazırda Saşa İliçin baş məşqçi olduğu kollektiv 23 xalla 5-ci, Jorj Kaşkilyanın komandası 15 xalla 9-cu pillədə yer alıb. "Sumqayıt" qalib gəlsə, 1 pillə, "İmişli" qələbə qazansa 2 pillə irəliləyəcək.
Tərəflər arasında ilk dövrədəki qarşılaşma "İmişli"nin qələbəsi ilə yekunlaşsa da, komandada adı protokolda olmayan oyunçusu meydançaya çıxdığı üçün "Sumqayıt" texniki qalibiyyət alıb. Texniki nəticə top fərqində nəzərə alınmayıb.
Azərbaycan Premyer Liqası, XIV tur
9 dekabr (çərşənbə axşamı)
17:00. “Araz-Naxçıvan” – “Kəpəz” - 2:0
Qollar: Coşqun Diniyev, 38; Patrik Andrade, 65
Sarı vərəqələr: Vanderson Melo, 40 (qeyri-idman hərəkəti); Şarl Boli, 84 (hakimin qərarına etiraz) - Fərid Nəbiyev, 31 (qeyri-idman hərəkəti); Şakir Seyidov, 36 (qeyri-idman hərəkəti)
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rahil Ramazanov, İslam Məmmədov
VAR: Elçin Məsiyev
AVAR: Teymur Teymurov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Liv Bona Dea Arena”, 100 tamaşaçı
“Araz-Naxçıvan”: 12. Kristian Avram 34. Urfan Abbasov (k) 3. Bəxtiyar Həsənalızadə 5. Slavik Alxasov (77. Bruno Franko, 75) 8. Coşqun Diniyev (19. Bar Kohen, 80) 16. Ramon Maçado (14. Ülvi İsgəndərov, 86) 6. Patrik Andrade (2. Qara Qarayev, 86) 29. Vanderson Melo (24. Mustafa Əhmədzadə, 75) 17. İssuf Paro 23. Nuno Rodriqes 70. Şarl Boli
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli 26. Ömər Buludov 22. Elçin Mustafayev
Baş məşqçi: Elmar Baxşıyev
“Kəpəz”: 33. Yusif İmanov 27. Məqsəd İsayev 7. Ehtiram Şahverdiyev 77. Fərid Nəbiyev (20. Elcan Əbilov, 70) 5. Rauf Hüseynli 88. Şakir Seyidov (99. Əli Səmədov, 70) 17. Ümid Səmədov 29. Dioqo Verdaska (k) 14. Adama Fofana (23. Fərid Kələntərov, 83) 10. Ryonosuke Ohori (53. Şahmar Aşurov, 70) 6. Pedro Qomeş (38. Cefferson Bentu, 70)
Ehtiyat oyunçular: 22. Məmməd Hüseynov 81. Elgün Bayramov 15. Raul Məmmədov 66. Arzu Atakişiyev
Baş məşqçi: Azər Bağırov
19:30. “Sumqayıt” – “İmişli” - 1:0
Qol: Rüstəm Əhmədzadə, 83
Qolla nəticələnməyən penalti: İbrahim Əliyev, 90+9 ("İmişli")
Sarı vərəqələr: Aleksa Yankoviç, 55 (qeyri-idman hərəkəti); Abdul Raşid Mumini, 89 (qeyri-idman hərəkəti); Xəyal Fərzullayev, 90+6 (oyunun bərpasının ləngidilməsi) - Edvin Banquera, 52 (qeyri-idman hərəkəti); Ronaldo de Souza, 90+13 (qeyri-idman hərəkəti); Luis Silvestr, 90+13 (qeyri-idman hərəkəti); İbrahim Əliyev, oyundan sonra (qeyri-idman hərəkəti) Rəsmi şəxsə göstərilən qırmızı vərəqə: Veliçko Kaplanoviç, 90+13 (oyunun bərpasını ləngitdiyinə görə)
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Kərim Zeynalov, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 910 tamaşaçı
“Sumqayıt”: 22. Xəyal Fərzullayev 7. Rüstəm Əhmədzadə 8. Səbuhi Abdullazadə (k) 19. Roi Kehat (71. Masaki Murata, 75) 9. Aleksandr Ramalinqom 14. Pedro Pinto 10. Nikola Ninkoviç (95. Nsana Simon, 65) 72. Rayan Senhadji 80. Keffel Resende 11. Aleksa Yankoviç (6. Rauf Rüstəmli, 88) 25. Abdul Raşid Mumini
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 56. Aftandil Arixov 21. Nihad Əhmədzadə 75. Nadir Orucov 66. Ruslan Əliyev 37. Nihad Orucəli 97. Vüsal Paşayev
Məşqçi: Veliçko Kaplanoviç
“İmişli”: 33. Andrey Sinenka 19. Azər Salahlı (k) 94. Rafael Vieqaş (44. Həzrət İsayev, 90+1) 10. Nikola Karaklaiç (21. Abbas Ağazadə, 46) 29. Edvin Banquera 14. Ronaldo de Souza 6. Yau Mozes (5. İdris İnqilablı, 46) 9. Dioqo Almeyda 23. Dioqo Rollo (77. Elmir Rəhimzadə, 90+1) 17. Ezekiel Morqan (22. İbrahim Əliyev, 90+1) 7. Luis Silvestr
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev 99. İmam Əli 97. Xəzər Mahmudov 70. Mehdi Tahirov 27. Lətif Rzayev 3. Tuncay Yusifli 30. Xəlil Mürsəlli
Baş məşqçi: Jorj Kaşkilya
Xatırladaq ki, XIV turun əvvəlki görüşlərində "Zirə" öz meydanında "Qarabağ"la 1:1 hesablı heç-heçə edib, "Şamaxı" səfərdə "Karvan-Yevlax"ı 3:0, "Sabah" evdə "Neftçi"ni 2:0 hesabı ilə yenib. "Qəbələ" - "Turan Tovuz" matçı isə dumanlı hava şəraiti üzündən yarımçıq dayandırılıb və qeyri-müəyyən tarixə təxirə salınıb.













































































