"Neftçi" və "Sumqayıt" komandaları arasındakı Azərbaycan Premyer Liqasının XV tur matçında ara qarışıb.
Sportnet.az xəbər verib ki, insident 90-cı dəqiqədə meydan sahiblərinin futbolçusu Murad Məmmədova qarşı kobudluqdan sonra başlayıb.
Yerdə olan Məmmədovdan topu almaq üçün "Sumqayıt"ın oyunçusu onun ayağına zərbə endirib. Bunu görən yerli komandanın futbolçuları ona kəskin narazılıq ediblər. Qarşı tərəf də məsələyə qarışınca meydançada insident böyüyüb.
Lakin aranı tezliklə sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.







































































