Bu gün Azərbaycan Premyer Liqasında XVI turun son oyunu keçiriləcək.
Sportnet.az xəbər verir ki, ilin yekun qarşılaşmasında "Sumqayıt" və "Sabah" komandaları görüşəcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matçı baş hakim Tural Qurbanov idarə edəcək.
Hazırda "Sumqayıt" 27 xalla 4-cü, "Sabah" 34 xalla 2-ci pillədə gedir. "Sumqayıt" uduzmasa, 3-cü pilləyə yüksələcək. Əks halda, "Sabah" 1-ci pilləyə qalxaraq, 37 xalla qış çempionu olacaq.
İki komandanın əvvəlki 28 oyunundan yarısında Masazır komandası qələbə qazanıb. "Gənclik şəhəri" təmsilçisi isə cəmi 8 qalibiyyətə sevinib. Daha 6 matç heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "Sabah"ın ciddi üstünlüyü var - 51:28. Son 3 görüş heç-heçə ilə başa çatıb. “Sumqayıt” son 4 ev oyununda qol vurub.
Azərbaycan Premyer Liqası, XVI tur
22 dekabr (bazar ertəsi)
19:30. “Sumqayıt” – “Sabah”
Hakimlər: Tural Qurbanov, Asiman Əzizli, Rəhman İmami, Rəvan Həmzəzadə
VAR: İnqilab Məmmədov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Nəriman Axundov
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
Qeyd edək ki, XVI turun əvvəlki görüşlərində "Turan Tovuz" səfərdə "Kəpəz"i 2:0, "Neftçi" "Karvan-Yevlax"ı, "Qarabağ" "Qəbələ"ni 2:1, "Araz-Naxçıvan" isə evdə "Şamaxı"nı 2:0 hesabı ilə yenib. "Zirə" - "İmişli" görüşü qolsuz yekunlaşıb - 0:0.





































































