Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının “Əl Nəsr” klubunun futbolçusu Kriştianu Ronaldu Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilmiş "Globe Soccer Awards" mükafatlandırma mərasimində yenidən diqqət mərkəzinə düşüb.
Sportnet.az xəbər verir ki, 40 yaşlı hücumçu bu dəfə futbolu ilə deyil, taxdığı lüks saatla maraq doğurub.
Ulduz futbolçu mərasimə "Patek Philippe Nautilus Chronograph Ref. 5980/1400G" modelindən olan saatla qatılıb.
18 karat ağ qızıldan hazırlanmış və brilliantlarla bəzədilmiş bu saatın dəyəri təxminən 770 min ABŞ dolları və ya 1 milyon 309 min manat təşkil edir. Sözügedən model yüksək saat sənətinin əsl şah əsərlərindən sayılır və olduqca məhdud sayda, əsasən xüsusi sifarişlə istehsal olunur.
Qeyd edək ki, bu saat Ronalduya məxsus bahalı aksessuar kolleksiyasının yalnız bir hissəsidir. Onun kolleksiyasında həmçinin 1,56 milyon avroya yaxın dəyəri olan "Girard-Perregaux", 1,38 milyon avroluq "Franck Muller", 920 min avroluq "Jacob & Co.", 885 min avroluq "Hublot" və 740 min avroluq "Rolex" kimi dünya brendlərinə aid nadir saatlar da yer alır.















































































