"Neftçi"nin futbolçusu Sessi D`Almeyda zədələnib.
Sportnet.az-ın məlumatına görə, bu, Benin millisinin düşərgəsində baş verib.
31 yaşlı yarımmüdafiəçi 2025-ci il dekabrın 27-də Botsvanaya 1:0 hesabı ilə qalib gəldikləri Afrika Millətlər Kubokunun qrup mərhələsinin oyununda start heyətdə meydançaya çıxıb. O, 54-cü dəqiqədə zədələnərək əvəzlənməli olub. Tibbi müayinə nəticəsində onun dizaltı vətərindən birinci dərəcəli xəsarət aldığı müəyyənləşib.
D`Almeyda yanvarın 5-də Misirə qarşı 1/8 final görüşünü zədə üzündən buraxmalı olacaq.
















































































