AFFA yeni futbolçunu milliləşdirib.
Sportnet.az-ın məlumatına görə, bu, hazırda Almaniyanın "Herta" klubunun U-19 komandasında çıxış edən Elyas Bağcıdır.
Bağcı 8 aprel 2008-ci ildə Berlində anadan olub. Türkiyə vətəndaşlığına malik futbolçu 2023-cü ildə qardaş ölkənin U-16 yığmasında 15, 2024-cü ildə U-17 millisində 6 görüş keçirib. U-17-də ikən o, 2024-cü il sentyabrın 9-da Azərbaycan millisinə 4:0 hesabı ilə qalib gəldikləri və sentyabrın 12-də qolsuz heç-heçə etdikləri yoldaşlıq görüşlərində forma geyinib.


Yarımmüdafiənin mərkəzində və sağında çıxış edən yeniyetmə futbolçu Azərbaycanın U-21 millisinin 11 - 17 yanvarda keçirəcəyi təlim-məşq toplanışına dəvət alıb.
Qeyd edək ki, Elyas Bağcı "Herta"dan Azərbaycan millisinə tək dəvət olunmayıb. Onunla birlikdə ilk dəfə Raul Süleymanov da yığmaya çağırılıb. Süleymanov isə hücumameylli yarımmüdafiəçidir.











































































