"Qəbələ"dən ayrılan futbolçu Elşad Tağıyevin yeni klubu müəyyənləşib.
Sportnet.az-ın əldə etdiyi məlumata görə, bu, I Liqada yarışa "Baku Sportinq"dir.
Əyalət klubu 25 yaşlı hücumçu ilə müqaviləyə məhz bu səbəbdən qarşılıqlı razılaşma əsasında xitam verib.
Tağıyev yeni klubu ilə müqaviləsini tezliklə rəsmiləşdirəcək.
Qeyd edək ki, "Baku Sportinq" hazırda I Liqada 25 xalla 2-ci pillədə qərarlaşıb. Paytaxt təmsilçisi 12 turdan sonra lider "Şəfa"dan 5 xal geri qalır.















































































