İspaniya Super Kubokunun finalında “Barselona” və “Real Madrid” komandaları üz-üzə gəlib.
Sportnet.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Ciddə şəhərindəki “King Abdullah Sports City” stadionunda keçirilmiş oyun Karaloniya komandasının qələbəsi ilə yekunlaşıb - 3:2.
İlk qolu 36-cı dəqiqədə Rafinya vuraraq “Barselona”nı önə çıxarıb. Fasiləyə yaxın, 45+2-ci dəqiqədə Vinisius Júnior hesabı bərabərləşdirdi, lakin cəmi iki dəqiqə sonra, 45+4-cü dəqiqədə Robert Levandovski "Barsa"nı ikinci dəfə önə keçirib. Bununla belə, 45+6-cı dəqiqədə Qonsalo Qarsiya hesabı yenidən bərabərləşdirib.
Matçın 73-cü dəqiqəsində Rafinya ikinci qolunu vuraraq “Barselona”nın qələbəsini təmin edib. 90+1-ci dəqiqədə komandanın kapitanı Frenki De Yonq ikinci hissədə meydançaya çıxmış Kilian Mbappeyə qarşı kobud oyuna görə birbaşa qırmızı vərəqə alıb.
Lakin "Real Madrid" say üstünlüyündən yararlana bilməyib.
Beləliklə, “Barselona” tarixində 16-cı dəfə İspaniya Super Kubokunun qalibi olub. Kataloniya komandası ötən il də finalda "Real Madrid"i məğlub etmişdi - 5:2.















































































