"Qarabağ" Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışında ilk yoxlama matçını keçirib.
Sportnet.az-ın məlumatına görə, rəqib Özbəkistanın "Neftçi Fərqanə" komandası olub.
Görüş Qurban Qurbanovun baş məşqçi olduğu kollektivin qələbəsi ilə yekunlaşıb - 5:0.
İlk yarıda Ağdam təmsilçisi 4 dəfə fərqlənib. Qolları Marko Yankoviç 3-cü və 29-cu, Leandro Andrade 8-ci, Coni Montiel 10-cu dəqiqədə vurub.
Fasilədən sonra isə "Qarabağ" cəmi 1 qolla kifayətlənib. Nəriman Axundzadə 71-ci dəqiqədə yekun nəticəni müəyyənləşdirib.
"Qarabağ"ın start heyəti: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 9. Joni Montiel, 15. Leandro Andrade, 10. Abdullah Zubir (k), 17. Kamilo Duran.
Qeyd edək ki, "Qarabağ" növbəti matçını yanvarın 16-da keçirəcək. Polşanın “Zaqlembe” klubu ilə qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
















































































