Xabi Alonso "Real Madrid"in baş məşqçi postundan istefaya göndərilib.
Sportnet.az xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilir.
“Real Madrid” futbol klubu klubla Xabi Alonso arasında qarşılıqlı razılaşma əsasında onun əsas komandanın baş məşqçisi vəzifəsindəki fəaliyyətinə xitam verildiyini açıqlayıb.
Bildirilib ki, Xabi Alonso hər zaman “Real Madrid” azarkeşlərinin sevgisini və hörmətini qazanacaq. O, klubun əfsanələrindən biridir və daim “Real Madrid”in dəyərlərini təcəssüm etdirib. Klub üçün “Real Madrid” həmişə onun evi olaraq qalacaq.
“Real Madrid” Xabi Alonsoya və onun məşqçi heyətinə bu müddət ərzində göstərdikləri zəhmət və sədaqətə görə təşəkkür edib, onlara həyatlarının növbəti mərhələsində uğurlar arzulayıb.
















































































