Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə təlim-məşq toplanışında olan "Neftçi" komandası növbəti yoxlama matçına çıxıb.
Sportnet.az-ın məlumatına görə, rəqib Misir "Piramids"i olub.
Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. İlk qolu "Piramids"in hücumçusu Everton da Silva 21-ci dəqiqədə vurub. 87-ci dəqiqədə isə Murad Məmmədov bərabərliyi təmin edib.
Qeyd edək ki, bu, "Neftçi"nin Əbu-Dabi toplanışında ikinci yoxlama matçı olub. Daha əvvəl Bakı komandası Qazaxıstan "Kayrat"ını darmadağın edib - 3:0. Sonuncu görüş yanvarın 16-da Çinin “Çenqdu Ronqçenq” komandasına qarşı olacaq.













































































