UEFA Çempionlar Liqasında əsas mərhələnin son turunun ən dramatik oyunu Portuqaliyada "Benfika" və İspaniya "Real Madrid"i arasında keçirilib.
Sportnet.az xəbər verir ki, Joze Mourinyonun baş məşqçi olduğu kollektiv matçın əvvəllərində 0:1 hesabı ilə geri düşsə də, yekunda qələbəyə nail olub - 4:2. Sonuncu qolu 90+8-ci dəqiqədə ukraynalı qapıçı Andrey Trubin vurub.
Bununla da xalını 9-a çatdıran "Benfika" məhz daha az top fərqinə (10-12) görə Fransa "Marsel"ini (11-14) üstələyib və 24-cü yeri tutaraq, adını pley-off mərhələsinə yazdırıb.












































































