Azərbaycan Premyer Liqasının XIX turunda keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyununun başlama saatı dəyişilib.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, buna güclü qar səbəb olub.
Stadionun daha yaxşı vəziyyətə gətirilməsi, komandaların isinmə hərəkətlərini normal yerinə yetirə bilməsi üçün matça əvvəlcədən nəzərdə tutulduğu kimi 14:30-da deyil, 14:50-də start verilməsi planlaşdırılır.








































































