"Qarabağ"ın futbolçusu Abdullah Zubirin səfərdə "Şamaxı"ya 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIX tur matçından sonra Sportnet.az-a müsahibəsi:
— Oyun barədə təəssüratlarınız necədir?
— Çətin oyun idi. Meydançanın vəziyyəti yaxşı futbol oynamağa imkan vermirdi. Amma bu şərtlər bizim üçün də, “Şamaxı” üçün də eyni idi. Onlar da qol vurdu, biz də. Qarşılaşma çox dramatik alındı, çünki sona qədər təzyiq göstərirdik. Kamilo Duran isə oyunun son dəqiqəsində qolu vurdu.
— Duman, yoxsa qar?
— Açığı, biz həmişə daha yaxşı şəraitdə oynamağı üstün tutarıq. Amma bu, futboldur, şərtləri seçmək olmur. Məncə, hər ikisi eynidir.
— Sizinlə lider “Sabah” arasında dörd xallıq fərq var. Premyer Liqanın qalan hissəsi barədə nə deyə bilərsiniz?
— Bu, rəqabətdir. Hədəfimiz çempion olmaqdır və sona qədər mübarizə aparacağıq. Hazırda onlar öndədirlər, problem deyil. Biz öz oyunlarımıza fokuslanmışıq və titul qazanmaq üçün əlimizdən gələni edəcəyik.
— Növbəti oyununuz “İmişli”yə qarşı olacaq. Oyunun hansı meydanda olacağı hələ dəqiqləşməyib — Qubada və ya “Qarabağ”ın stadionunda ola bilər. Bu barədə nə deyə bilərsiniz və harada oynamağı üstün tutardınız?
— Açığı, bilmirəm. Biz bu gün olduğu kimi, hər vəziyyətə uyğunlaşmalıyıq. Harada olsa, oynayacağıq — evdə də, səfərdə də. Fərqi yoxdur.












































































