AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Azərbaycan Premyer Liqasında XIX turun oyunlarında yaşanmış mübahisəli epizodlarla bağlı fikirlərini bölüşüb.
Sportnet.az xəbər verir ki, Həsənov "Şamaxı" - "Qarabağ" matçının 90+1-ci dəqiqəsində FIFA referisi Kamal Umudlunun Bəhlul Mustafazadəyə qayda pozuntusuna görə ikinci sarı vərəqəni göstərməli olduğunu bildirib.
O, Umudlunun Mustafazadəni bağışlamasını yanlış sayıb.
Komitə sədri digər mübahisəli epizodlarda, o cümlədən, "Araz-Naxçıvan"ın futbolçusuna kobudluğa görə "Sabah"ın qapısına penalti təyin etməyən yeni FIFA referisi Tural Qurbanovu haqlı çıxarıb.





































































