Daha iki futbolçu “Sabah” komandasını tərk edib.
Sportnet.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bunlar qapıçı Rüstəm Samiqullin və hücumçu Camal Cəfərovdur.
Beləliklə, qış fasiləsində Masazır təmsilçisini tərk edənlərin sayı daha da artıb. Bundan əvvəl Neqoş Kupusoviç, Boyan Letiç, Ayaz Quliyev, Abdulla Rzayev və Anatoli Nuriyev də "Sabah"la vidalaşıb.










































































