"Qarabağ"ın qapıçısı Mateuş Koxalski "İmişli"yə qarşı Azərbaycan Premyer Liqasının XX tur matçının iştirak ərizəsinə daxil edilməməsinin səbəbi müəyyənləşib.
Bu barədə Sportnet.az-a klubun mətbuat xidmətindən məlumat verilib.
Polşalı qolkiperin yüngül ağrılarının olduğu bildirilib. Məhz bu səbəbdən, baş məşqçi Qurban Qurbanov onu iştirak ərizəsinə daxil etməyib.
Qeyd edək ki, bu gün Quba Olimpiya İdman Kompleksinin stadionunda keçiriləcək "İmişli" - "Qarabağ" matçı saat 14:30-da başlanacaq.











































































