Türkiyə Super Liqasında XXII turun mərkəzi görüşü "Trabzonspor" və "Fənərbağça" arasında keçirilib.
Sportnet.az-ın məlumatına görə, Trabzon şəhərindəki "Papara Park"da təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.
Hesabı 6-cı dəqiqədə meydan sahiblərindən Ernest Muçi açıb. 15-ci dəqiqədə Anderson Taliska bərabərlik qolunu vurub. 34-cü dəqiqədə Kerem Aktürkoğlu "Fənərbağça"nı önə çıxarıb.
43-cü dəqiqədə Pol Onuaçu hesabı bərabərləşdirib. 48-ci dəqiqədə isə Marko Asensio "sarı-lacivərdlilər"in qələbə topunun müəllifi olub.
Beləliklə, "Fənərbağça" bu qələbə sayəsində xalını 52-yə çatdıraraq, lider "Qalatasaray"la xal fərqini 3-ə endirib və 3-cü pillədəki "Trabzonspor"dan 7 xal aralanıb.













































































