Azərbaycan Premyer Liqasında XX turun növbəti oyunu keçirilib.
Sportnet.az xəbər verir ki, "Liv Bona Dea Arena"da "Araz-Naxçıvan" "Sumqayıt"ı qəbul edib.
FIFA referisi Elçin Məsiyevin idarə etdiyi görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0.
Yeganə qolu 45+5-ci dəqiqədə penaltidən Ramon Maçado vurub.
74-cü dəqiqədə Aleksandr Ramalinqom qırmızı vərəqə alaraq, qonaqları azlıqda qoyub.
Beləliklə, baş məşqçi Andrey Demçenkonun rəhbərliyi altında ilk qələbəsini qazanan "Araz-Naxçıvan" 30 xalla 5-ci pillədə qalıb. Eyni xala malik komandalarda "Symqayıt" 4-cü, "Neftçi" 6-cı pillədə qərarlaşıb.
-------------------------
Azərbaycan Premyer Liqasında XX turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, Yevlax şəhər stadionunda "Kəpəz" "Neftçi"ni qəbul edib.
Baş hakim Əli Əliyevin idarə etdiyi oyun paytaxt təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 3:1.
Qolların hamısı ilk yarıda vurulub. Hesabı 27-ci dəqiqədə Bassala Sambu açıb.
35-ci dəqiqədə Gəncə komandasının futbolçusu Rauf Hüseynli penalti ilə bərabərlik qolunu vurub.
38-ci dəqiqədə Sambu dubl edərək, Premyer Liqada qol sayını 9-a çatdırıb. 40-cı dəqiqədə isə Emin Mahmudov son nöqtəni qoyub. Bu, kapitanın çempionatda 7-ci qolu olub.
İkinci hissədə hesab dəyişməsə də, "Kəpəz" azlıqda qalıb. 72-ci dəqiqədə Məqsəd İsayev qırmızı vərəqə alıb.
Bu nəticədən sonra "Neftçi" xalını 30-a çatdıraraq, 6-cı pilləyə yüksəlib. "Kəpəz" isə 13 xalla 11-ci pillədə qalıb.
------------------
Bu gün Azərbaycan Premyer Liqasında XX turun növbəti görüşləri keçiriləcək.
Sportnet.az xəbər verir ki, günün ilk matçı Gəncə şəhər stadionunda "Kəpəz" və "Neftçi" arasında olacaq.
Digər oyunda isə "Araz-Naxçıvan" və "Sumqayıt" "Liv Bona Dea Arena"da üz-üzə gələcək.
Hazırda "Sumqayıt" 30 xalla 5-ci yerdə gedir, "Araz-Naxçıvan" və "Neftçi" hərəyə 27 xalla 5-6-cı yerləri bölüşürlər. 13 xala malik "Kəpəz" isə 11-cidir.
Bu isə o deməkdir ki, "Neftçi" səfər matçında qalib gəlsə və Naxçıvan təmsilçisi xal itirsə, 5-ci pilləyə "ağ-qaralar" yüksələcək. "Sumqayıt" qələbə qazansa, mövqeyində heç bir dəyişiklik baş verməyəcək. "Kəpəz"i isə 3 xal ən azı bir günlük 10-cu pilləyə qaldıracaq.
1992-ci ildən Azərbaycan çempionatında üz-üzə gələn "Kəpəz" və "Neftçi" 65-ci dəfə görüşəcək. Əvvəlki matçların 21-də Gəncə, 31-də paytaxt təmsilçisi qalib gəlibsə, 12 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "ağ-qaralar"ın ciddi üstünlüyü var - 107:65. “Kəpəz” son 7 qarşılaşmada qol vurub. “Neftçi” isə axırıncı 4 səfərdə qalib gəlməyib.
"Araz-Naxçıvan" və "Sumqayıt" isə 10-cu görüşə çıxacaq. Bu komandalar arasındakı əvvəlki 9 qarşılaşmada qələbə, heç-heçə və məğlubiyyətlərin sayı 3-ə bərabərdir. Topların nisbətində də tarazlıq mövcuddur - 8:8. “Araz-Naxçıvan” evdəki bütün oyunlarda qol vurubsa, “Sumqayıt” səfərdə qalib gəlməyib.
Azərbaycan Premyer Liqası, XX tur
15 fevral (bazar)
14:30. “Kəpəz” – “Neftçi” - 1:3
Qollar: Rauf Hüseynli, 35 (pen.) - Bassala Sambu, 27; 38. Emin Mahmudov, 40
Qırmızı vərəqə: Məqsəd İsayev, 72 ("Kəpəz")
Hakimlər: Əli Əliyev, Zeynal Zeynalov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov
VAR: İnqilab Məmmədov
AVAR: Namiq Hüseynov
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Yevlax şəhər stadionu
17:00. “Araz-Naxçıvan” – “Sumqayıt” - 1:0
Qol: Ramon Maçado, 45+5 (pen.)
Qırmızı vərəqə: Aleksandr Ramalonqom, 74 ("Sumqayıt")
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamran Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Zöhrab Abbasov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Zümrüd Ağayeva
"Liv Bona Dea Arena"
Qeyd edək ki, ilk oyun günündə "Qarabağ" səfərdə "İmişli"ni, "Zirə" evdə "Karvan-Yevlax"ı eyni hesabla yenib - 1:0. Tura fevralın 16-da keçiriləcək "Şamaxı" - "Turan Tovuz" və "Qəbələ" - "Sabah" oyunları ilə yekun vurulacaq.













































































