Futzal üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, keçirilməsi nəzərdə tutulan 4 oyundan 3-ü baş tutub.
“Yeni Suraxanı” U-19-la görüşə gəlmədiyindən, matçın nəticəsi haqqında AFFA-nın İntizam Komitəsi qərar verəcək.
Günün ilk matçında “Baku Fire-2” böyükhesablı qələbə qazanıb.
Birinci Liqanın iddialı təmsilçilərindən STAR kargo – “Şuşa” dueli isə ən maraqlı görüş olub. Matçın əvvəlində Yüksək Liqa klubu hesabda öndə olsa da, aşağı liqa təmsilçisi sona yaxın hadisələrin axarını xeyrinə dəyişib və qələbə qazanıb.
Son görüşdə isə Azərbaycan kubokunun son qalibi olan PFL böyükhesablı qələbə sayəsində ¼ finala vəsiqə qazanıb.
"Ulduz" - "Baku Fire-2" - 1:12
"STAR kargo" – "Şuşa" - 10:8
"Timsport" – PFL - 4:15
Beləliklə martın 15-də keçiriləcək ¼ final mərhələsində bu komandalar qarşılaşacaq:
U-19 / "Yeni Suraxanı" cütünün qalibi - PFL
"Lənkəran" – "Baku Fire-2"
"STAR kargo" – "Neftçi" İK
"Xan-Lənkəran" – "Araz-Naxçıvan"













































































