AFFA İntizam Komitəsi futzal üzrə Azərbaycan Kubokunun 1/8 mərhələsinin baş tutmayan U-19 - Yeni Suraxanı matçı ilə bağlı qərar qəbul edib.
Sportnet.az-ın məlumatına görə, qarşılaşma "Yeni Suraxanı"nın təyin olunan vaxtda meydançada olmaması üzündən oynanılmayıb.
Bu səbəbdən, komandaya 0:5 hesablı texniki məğlubiyyət verilib.
U-19 1/4 finalda PFL ilə qarşılaşacaq.















































































