"Nəticə qanunauyğun oldu. Nə bu, nə də digər komanda qol vəziyyətləri yarada bildi".
Sportnet.az-ın məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev səfərdə "Şamaxı" ilə qolsuz heç-heçə etdikləri Azərbaycan Premyer Liqasının XX tur matçından sonra mətbuat konfransında deyib.
74 yaşlı mütəxəssis təəssüflə bildirib ki, əvəzetmələr də uğurlu alınmayıb: "Rəqibin müdafiəçiləri də kifayət qədər yaxşı oynadılar. Amma bununla belə, biz daha çox imkan yaratmalı idik. Üzərində işlədiyimiz məqamların çoxusunu edə bilmədik. Araşdıracağıq".
Berdıyev yeni transfer Mark Mampassinin durumundan da danışıb: "Hazırda o, formasını yığır. Uzun müddət məşq etməyib. Ümidvarıq ki, bizə kömək edəcək".












































































