Azərbaycan Premyer Liqasında XX turun "Qəbələ" - "Sabah" oyununda mübahisəli epizod baş verib.
Sportnet.az-ın məlumatına görə, 87-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Prins Ovusu bərabərlik qolunu vurub.
Baş hakim Rauf Cabarov əvvəlcə mərkəzi göstərib, lakin "Sabah"ın baş məşqçisi Valdas Dambrauskasın etirazından sonra epizod VAR-da ətraflı baxılıb. Daha sonra Cabarovun özü VAR monitoruna yaxınlaşıb və özü də bir müddət epizoda baxıb.
Yekunda o, epizod zamanı topun "Sabah"ın yox, "Qəbələ"nin futbolçusunun əlinə dəydiyi qənaətinə gəlib. Beləliklə, "Sabah"ın qapısına vurulan qol nəinki hesaba alınıb, hətta qonaqların qapısına penalti təyin etməyib.
Sportnet.az oyunun video-icmalını və ayrıca həmin epizodu təqdim edir:











































































