Azərbaycanlı FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti təyinat alıb.
Sportnet.az-ın məlumatına görə, Ağayev Konfrans Liqasında pley-off mərhələsinin Finlandiyada "KuPS Kuopio" və Polşanın "Lex Poznan" komandaları arasında keçiriləcək ilk oyununa təyinat alıb.
Ona Zeynal Zeynalov və Akif Əmirəli yan xətt hakimləri, Elçin Məsiyev dördüncü hakim qismində yardımçı olacaq.
İngiltərəli Stüart Attüell VAR hakimi olacaq. Onun köməkçisi funksiyasını isə daha bir azərbaycanlı hakim Nicat İsmayıllı yerinə yetirəcək.
Qeyd edək ki, fevralın 19-da Tampere şəhərindəki "Tammelan" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 21:45-də başlanacaq.










































































