Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci il 1 yanvar – 2025-ci il 31 dekabr tarixlərini əhatə edən dövr üzrə dünyanın ən güclü milli çempionatlarının reytinqini açıqlayıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan Premyer Liqası siyahıda 41-ci pillədə qərarlaşıb. Azərbaycan çempionatı hesabat dövründə 1991,5 xal toplayıb və Top-50-liyə daxil olub.
Reytinqdə ilk pillədə İngiltərə Premyer Liqası qərarlaşıb. Onu Braziliya və İtaliya çempionatları izləyir. Ümumilikdə siyahıda Avropa liqalarının üstünlüyü diqqət çəkir – Top-50-də 31 çempionat UEFA zonasını təmsil edir.
Cənubi Amerika (CONMEBOL) 9 liqa ilə ikinci, Afrika (CAF) 4, Asiya (AFC) və Şimali və Mərkəzi Amerika (CONCACAF) isə hərəyə 3 çempionatla siyahıda yer alıb.
Qeyd edək ki, reytinq son beş ildə klubların beynəlxalq və daxili yarışlardakı nəticələri əsasında tərtib olunur.













































































