Azərbaycan Premyer Liqasında XXI turun növbəti görüşü keçirilib.
Sportnet.az-ın məlumatına görə, "Sumqayıt" "Qəbələ"ni qəbul edib.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunmuş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb - 0:0.
34-cü dəqiqədə "Qəbələ"nin legioneri Adriel Ba Lua penaltidən yararlana bilməyib.
Beləliklə, xalını 31-ə çatdıran "Sumqayıt" 5-ci, 15-ci xalını qazanan "Qəbələ" 10-cu pillədə qalıb.
Qeyd edək ki, XXI turun açılış oyununda "Turan Tovuz" "Zirə"ni məğlubiyyətə uğradıb - 2:0. Turun qalan oyunları 21-22 fevralda keçiriləcək.
-------------------
Azərbaycan Premyer Liqasında XXI tura start verilib.
Sportnet.az-ın məlumatına görə, açılış oyununda "Turan Tovuz" və "Zirə" komandaları üz-üzə gəlib.
"Azersun Arena"da təşkil olunmuş qarşılaşma Tovuz təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Qolları Filip Ozobiç 11-ci, 'Xorxe Silva 19-cu dəqiqədə vurub.
Bununla da xal sayını 37-yə çatdıran "Turan Tovuz" 3-cü pilləyə yüksəlib. 4-cü pilləyə enən "Zirə"nin 35 xalı var.
----------------------
Bu gün Azərbaycan Premyer Liqasında XXI turun ilk görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, qarşılaşmalar 3-cü yerin taleyi baxımından xüsusi önəm kəsb edəcək.
Açılış oyununda "Turan Tovuz" və "Zirə" komandaları üz-üzə gələcək.
"Azersun Arena"da saat 17:00-da start götürəcək qarşılaşmanı baş hakim Rəvan Həmzəzadə idarə ddəcək.
Hazırda "Turan Tovuz" 19 oyundan 34 xalla 4-cü, "Zirə" 20 oyundan 35 xalla 3-cü pillədə qərarlaşıb. İki komandanın əvvəlki 13 görüşündən yalnız 3-də Tovuz təmsilçisi qalib ayrılıb. Daha 3 matçda heç-heçə qeydə alındığı halda, paytaxt komandası 7 qələbəyə sevinib. Topların nisbətində də "Zirə"nin üstünlüyü var.
“Zirə” son 5 qarşılaşmada qol buraxmayıb. Son 5 görüşdə ikidən çox qol olmayıb.
Günün digər qarşılaşması isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda olacaq. Baş hakim Fərid Hacıyevin idarə edəcəyi matçda "Sumqayıt" və "Qəbələ" komandaları üz-üzə gələcək. Hazırda "gənclik şəhəri" təmsilçisi 20 oyundan 30 xalla 5-ci, "qırmızı-qaralar" 19 oyundan 14 xalla 10-cu yerdə gedir.
"Sumqayıt" əvvəlki 48 matçın cəmi 9-da qələbə sevinci dadıbsa, "Qəbələ" 25 qalibiyyət alıb. Daha 14 oyun heç-heçə ilə yekunlaşıb. Topların nisbətində də "qırmızı-qaralar"ın üstünlüyü var - 71:39.
“Sumqayıt” son 5 görüşdə uduzmayıb. “Qəbələ” axırıncı 4 matçda qol vurub.
17:00. “Turan Tovuz” – “Zirə” - 2:0
Qollar: Qollar: Filip Ozobiç, 11. Xorxe Silva, 19
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: İlham Əliyev
“Azersun Arena”
19:30. “Sumqayıt” – “Qəbələ” - 0:0
İstifadə olunmamış penalti: Adriel Ba Lua, 34 ("Qəbələ")
Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov
VAR: Cavid Cəlilov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu















































































