Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab görüşlərinin oyun cədvəli məlum olub.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, üç günü əhatə edəcək mərhələnin bütün matçları “CBC Sport” telekanalı vasitəsilə canlı yayımlanacaq.
3 mart (çərşənbə axşamı)
19:00. “Zirə” – “Sumqayıt”
Zirə İdman Kompleksinin stadionu
4 mart (çərşənbə)
19:00. “Qarabağ” – “Şamaxı”
Tofiq Bəhramov adına Respublika Stadionu
5 mart (cümə axşamı)
14:30. “Kəpəz” – “Turan Tovuz”
Yevlax şəhər stadionu
18:00. “Qəbələ” – “Sabah”
Qəbələ şəhər stadionu









































































