Yanvarın 21-də “Qarabağ” və Almaniya "Ayntraxt"ı arasında keçirilmiş Çempionlar Liqasının əsas mərhələsinin VII tur matçı ilə bağlı UEFA İntizam Komitəsi qərarını açıqlayıb.
Sportnet.az-ın məlumatına görə, Ağdam klubu bir neçə pozuntuya görə cəzalandırılıb.
UEFA-nın İntizam Reqlamentinin 16-cı maddəsinin 2-ci bəndinin “e” yarımbəndinə əsasən, idman tədbirinə uyğun olmayan mesajın ötürülməsi, həmçinin 11-ci maddənin 2-ci bəndinin “d” yarımbəndinə uyğun olaraq futbolun və xüsusilə UEFA-nın nüfuzuna xələl gətirilməsi səbəbindən “Qarabağ” 17 500 avro məbləğində cərimə olunub.
Bundan başqa, UEFA Təhlükəsizlik və Mühafizə Qaydalarının 14.01 və 15.01-ci maddələrinin (bilet satışı qaydaları) pozulmasına görə klub rəsmi xəbərdarlıq alıb.
Qeyd edək ki, oyun "Qarabağ"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.














































































