UEFA Avropa Liqasında bütün 1/8 finalçılar müəyyənləşib.
Sportnet.az xəbər verir ki, bu, pley-off mərhələsinin cavab görüşlərindən sonra məlum olub.
İngiltərə "Nottingem Forest"indən əlavə, İtaliyanın "Bolonya", İspaniyanın "Selta", Belçikanın "Genk", Fransanın "Lill", Macarıstanın "Ferentsvaroş", Yunanıstanın "Panatinaikos" və İspaniyanın "Seltik" komandaları adlarını 1/8 finala yazdırıb.
Daha əvvəl bu hüquqa əsas mərhələdə ilk 8 yeri tutmuş Fransanın "Lion", İngiltərənin "Aston Villa", Danimarkanın "Midtüllann", İspaniyanın "Betis", Portuqaliyanın "Portu" və "Braqa", Almaniyanın "Frayburq" və İtaliyanın "Roma" kollektivləri birbaşa vəsiqə əldə ediblər.
Qeyd edək ki, 1/8 final mərhələsinin püşkü bu gün Bakı vaxtı ilə saat 16:00-da atılacaq.
---------------------
Türkiyənin "Fənərbağça" komandası UEFA Avropa Liqasında mübarizəni dayandırıb.
Sportnet.az-ın məlumatına görə, "sarı-lacivərdlilər" İngiltərə "Nottingem Forest"i ilə pley-off mərhələsində iki oyunluq mübarizədən məğlub ayrılıb.
İstanbulda 0:3 hesabı ilə uduzan "Fənər" cavab görüşündə minimal fərqlə qalib gəlib - 2:1. Qonaq komandadan Kerem Aktürkoğlu 22-ci və penalti ilə 48-ci dəqiqədə fərqlənib. Lakin Kallum Hadson-Odoinin 68-ci dəqiqədə vurduğu qol Türkiyə təmsilçisinin növbəti mərhələ ümidlərini puça çıxarıb.
--------------------------
Bu gün UEFA Avropa Liqasında pley-off mərhələsinin cavab görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Fənərbağça" İngiltərədə "Nottingem Forest"in qonağı olacaq.
İstanbuldakı ilk qarşılaşma "sarı-lacivərdlilər"in məğlubiyyəti ilə yekunlaşıb - 0:3. Bu səbəbdən, Uest-Bricforddakı matç daha çox formal xarakter daşıyır.
Günün proqramı:
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab görüşləri
26 fevral
21:45. "Srvena Zvezda" (Serbiya) - "Lill" (Fransa) - 0:2 (ƏSAS VAXT - 0:1, ƏLAVƏ VAXT - 0:1)
İlk oyun - 1:0
21:45. "Ştutqart" (Almaniya) - "Seltik" (Şotlandiya) - 0:1
İlk oyun - 4:1
21:45. "Ferentsvaroş" (Macarıstan) - "Lüdoqorets" (Bolqarıstan) - 2:0
İlk oyun - 1:2
21:45. "Viktoriya Plzen" (Çexiya) - "Panatinaikos" (Yunanıstan) - 1:1 (PENALTİLƏRLƏ - 3:4)
İlk oyun - 2:2
00:00. "Selta" (İspaniya) - PAOK (Yunanıstan) - 1:0
İlk oyun - 2:1
00:00. "Nottingem Forest" (İngiltərə) - "Fənərbağça" (Türkiyə) - 1:2
İlk oyun - 3:0
00:00. "Bolonya" (İtaliya) - "Brann" (Norveç) - 1:0
İlk oyun - 1:0
00:00. "Genk" (Belçika) - "Dinamo Zaqreb" (Xorvatiya) - 1:3 (ƏLAVƏ VAXT - 2:0)
İlk oyun - 3:1
















































































