UEFA Konfrans Liqasında pley-off mərhələsinə yekun vurulub.
Sportnet.az-ın məlumatına görə, cavab görüşlərinin yekununda Türkiyə "Samsunspor"u ilə yanaşı, İtaliyanın "Fiorentina", Sloveniyanın "Tsele", Xorvatiyanın "Riyeka", İngiltərənin "Kristal Pelas", Niderlandın "AZ Alkmaar", Çexiyanın "Siqma" və Polşanın "Lex" komandaları da adlarını 1/8 finala yazdırıblar.
Daha əvvəl Yunanıstanın "AEK Afina", Çexiyanın "Sparta Praqa", İspaniyanın "Rayo Valyekano", Ukraynanın "Şaxtyor Donetsk", Almaniyanın "Maynts" və Kiprin "AEK Larnaka" klubları birbaşa bu hüquqa yiyələnib.
1/8 final mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 17:00-da olacaq.
------------------------------
Türkiyənin "Samsunspor" komandası UEFA Konfrans Liqasında 1/8 finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, "qırmızı-ağlar" pley-off mərhələsində Şimali Makedoniya təmsilçisi "Şkendiya"nı mübarizədən kənarlaşdırıb.
Torsten Finkin baş məşqçi olduğu kollektiv ilk görüşdə 1:0, cavab oyununda isə 4:0 hesablı qələbə qazanıb. Bugünkü qarşılaşmada qolları 53-cü dəqiqədə penaltidən Olivye Ntşam, 70-ci dəqiqədə Şerif Ndiaye, 79-cu və 90+2-ci dəqiqələrdə Marius Muandilmaci vurub.
"Samsunspor" 1/8 finalda "Şaxtyor Donetsk" (Ukrayna) və ya "Rayo Valyekano" (İspaniya) ilə üz-üzə gələcək.
Eyni zamanda Sloveniyanın "Tsele" və Xorvatiyanın "Riyeka" komandaları da pley-off səddini keçməyi bacarıb.
----------------------
Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin cavab görüşləri keçiriləcək.
Sportnet.az-ın məlumatına görə, Türkiyə təmsilçisi "Samsunspor" Şimali Makedoniyanın "Şkendiya" komandasını qəbul edəcək.
İlk matçda 1:0 hesablı qələbə qazandığından, "Samsunspor" 1/8 finala daha yaxındır.
Günün proqramı:
UEFA Avropa Liqası
Pley-off mərhələsi, cavab görüşləri
26 fevral
21:45. "Fiorentina" (İtaliya) - "Yagelloniya" (Polşa) - 2:4 (ƏSAS VAXT - 0:3, ƏLAVƏ VAXT - 2:1)
İlk oyun - 3:0
21:45. "Samsunspor" (Türkiyə) - "Şkendiya" (Şimali Makedoniya) - 4:0
İlk oyun - 1:0
21:45. "Tsele" (Sloveniya) - "Drita" (Kosovo) - 3:2
İlk oyun - 3:2
21:45. "Riyeka" (Xorvatiya) - "Omoniya" (Kipr) - 3:1
İlk oyun - 1:0
00:00. "Kristal Pelas" (İngiltərə) - "Zrinski" (Bosniya və Herseqovina) - 2:0
İlk oyun - 1:1
00:00. "AZ Alkmaar" (Niderland) - "Noa" (Ermənistan) - 4:0
İlk oyun - 0:1
00:00. "Lozanna-Sport" (İsveçrə) - "Simqa" (Çexiya) - 1:2
İlk oyun - 1:1
00:00. "Lex" (Polşa) - "KuPS Kuopio" (Finlandiya) - 1:0
İlk oyun - 2:0.













































































