İngiltərə "Nyukasl"ı ilə UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab görüşündə zədələnən Kamilo Duranın durumuna aydınlıq gəlib.
Ağdam klubundan Sportnet.az-a verilən məlumata görə, kolumbiyalı hücumçunun durumunun yaxşı olduğu müəyyənləşib.
Bu, Klubun tibbi heyəti tərəfindən aparılan müayinələrdən sonra açıqlanıb. Futbolçu komanda ilə məşqlərə başlayacaq.















































































