Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümündə 15-ci qolunu vuran "Sabah"ın futbolçusu Coy Lens Mikels ikinci dəfə bu həddə çatıb.
Sportnet.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, XXV turun “Sumqayıt”la ev görüşündə fərqlənmiş almaniyalı hücumçu 2022/2023 mövsümündə 17 qola sevinib.
Mikels Azərbaycan çempionatları tarixində 2 fərqli mövsümdə 15 və ya daha çox qol vuran ikinci legioner olub. Onadək yalnız Bahodir Nasimov bunu bacarıb. Özbəkistanlı forvard “Neftçi”nin heyətində 2010/2011 mövsümündə 15, növbəti çempionatda 16 dəfə fərqlənib.
Qeyd edək ki, "Sabah" "Sumqayı"a 3:1 hesabı ilə qalib gəlib.















































































