Futbol üzrə Azərbaycan II Liqasında XIX tura start verilib.
Sportnet.az xəbər verir ki, ilk oyunun günündə üç qarşılaşma baş tutub.
"Araz-Saatlı" öz meydanında "Quba"nı, "Dinamo" "Ağstafa Gəncləri"ni məğlub edib, "Şirvan" - "Şəki Siti" matçında isə qalib müəyyənləşməyib.
II Liqa, XIX tur
"Araz Saatlı" - "Quba" - 3:1
Qollar: Elariz Xəlilli, 38; 60; 63 - Vidadi Cəfərov, 5
Qırmızı vərəqə: Vidadi Cəfərov, 85 ("Quba" - təcavüzkar davranış)
"Dinamo" - "Ağstafa Gəncləri" - 3:1
Qollar: Yadigar Qarayev, 37. Valeh Seyidov, 44; 90+5 (p.) - Rəsul Məmmədli, 35 (ö.q.)
"Şirvan" - "Şəki Siti" - 2:2
Qollar: Çingiz Məmmədov, 59; Elcan Rəsulov, 90 - Zaur Fərzəliyev, 47, 75


















































































