İngiltərə millisinin və "Nyukasl" klubunun sabiq futbolçusu Alan Şirer velosiped qəzası keçirib.
Sportnet.az-ın məlumatına görə, keçmiş hücumçu yolda olan çuxura düşüb.
O, sosial şəbəkə hesabında hadisədən sonra çəkilmiş fotosunu paylaşıb. Şəkildə sabiq futbolçunun aldığı xəsarətlər aydın görünür.
Hadisə nəticəsində Şirer qol və ayaq nahiyəsindən zədə alıb. Bədənindəki sıyrıqların çoxluğu qəzanın kifayət qədər ciddi olduğunu göstərir. Bununla belə, hadisənin dəqiq başvermə şəraiti hələ də açıqlanmayıb.
Qeyd edək ki, Alan Şirer karyerasının 10 ilini “Nyukasl”da keçirib. Bu müddətdə o, 404 oyunda iştirak edib və 206 qol vurub. 2006-cı ildə futbolçu karyerasını başa vurub. O, həmçinin İngiltərə millisində 63 matça çıxaraq 30 qola imza atıb.














































































