Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku yeni rekorda imza atıb.
Sportnet.az "Transfermarkt"a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis milli komandalar tarixində ən yaşlı baş məşqçi olub.
Luçesku bu göstəriciyə DÇ-2026-nın seçmə mərhələsinin pley-offunda Türkiyə ilə keçirilən oyunda (0:1) nail olub. Həmin qarşılaşma zamanı onun 80 yaşı 7 ayı var idi.
Beləliklə, rumıniyalı mütəxəssis Alan Teylor məxsus əvvəlki rekordu geridə qoyub. Kuk adaları millisinin sabiq baş məşqçisi bu göstəricini 80 yaş 6 ayında müəyyənləşdirmişdi.










































































