AFFA-nın bayrağı altında təşkil edilən uşaq liqalarında Bakı, Sumqayıt, Siyəzən və Zaqatala zonalarında həftəsonu keçirilməsi nəzərdə tutulan oyunlar təxirə salınıb.
Qurumun mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, səbəb qeyri-sabit hava şəraitidir.
Qərar U-8, U-9, U-10, U-11, U-12, U-13 və U-14 liqalarına şamil edilib.












































































