Mövsümün sonunda İngiltərə "Liverpul"undan ayrılacaq Məhəmməd Salah İtaliya "Roma"sına keçə bilər.
Sportnet.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, müqavilənin həyata keçirilməsi maliyyə baxımından asan olmayacaq.
Misirli hücumçu hazırda ildə 12 milyon avro qazanır. "Roma"da isə əmək haqqının yüksək həddi 4 milyon avrodur.
Bununla belə, Salahın 2015 - 2017-ci illərdə də çıxış etdiyi komandaya qayıdışı mümkün görünür. İyunda 34 yaşını qeyd edəcək forvardla 1 illik anlaşma nəzərdə tutulub.
Qeyd edək ki, Məhəmməd Salah "Roma"da 83 oyuna 34 qol və 21 məhsuldar ötürmə ilə yadda qalıb.










































































