21 yaşlılardan ibarət Türkiyə millisinin baş məşqçisi Egemen Korkmaz xəstəxanaya yerləşdirilib.
Sportnet.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, 43 yaşlı mütəxəssis yığmanın xorvatiyalı həmyaşıdları ilə oynadığı matç zamanı sürüşərək yıxılıb və başı yerə dəyib.
Huşunu itirən baş məşqçi ambulans ilə xəstəxanaya aparılıb. Bir müddət sonra Egemen Korkmazın ayılaraq özünə gəldiyi bildirildi.
Qeyd edək ki, hadisə zamanı hakim oyunu dayandıraraq futbolçuları müvəqqəti olaraq geyinib soyunma otağına göndərdi.







































































