İngiltərə Premyer Liqası təmsilçisi "Çelsi" klubun mövcud idarəetməsi haqda yeni qərar qəbul edib.
Sportnet.az İngiltərə KİV-inə istinadən xəbər verir ki, "zadəganlar" yanvarda təyin etdiyi Liam Roseniorun məşqçi heyətindən razı deyil.
İngiltərə mütəxəssisin rəhbərliyi altında çıxış etdiyi 19 matçda 10 qələbə, 2 bərabərlik və 7 məğlubiyyətə imza atan London təmsilçisi son 4 matçını uduzub.
Klub rəhbərliyi yayda yeni seçimləri nəzərdən keçirəcək.
Qeyd edək ki, Rosenior məşqçilik karyerası boyunca "Derbi Kaunti", "Hall Siti" və "Strasburq" klublarını çalışdırıb.








































































