İtaliyanın "Napoli" klubu futbolçusu Romelu Lukakunu cəzalandıracaq.
Sportnet.az xəbər verir ki, A Seriyası təmsilçisi belçikalı hücumçunu məşqlərə çağırmasına baxmayaraq, 32 yaşlı forvard komandaya qoşulmayıb.
Klub rəhbərliyi açıqlamasında təcrübəli forvardı bu hərəkətinə görə heyətdən kənarlaşdırılacağını bildirib.
Qeyd edək ki, Romelu Lukaku 2024-cü ildən "Napoli"nin şərəfini qoruyur.









































































