"Qalatasaray"ın baş məşqçisi Okan Buruk İngiltərə Premyer Liqası təmsilçisi "Tottenhem"in təklifini geri çevirib.
Sportnet.az İtaliya KİV-inə istinadən xəbər verir ki, London klubu türkiyəli mütəxəssislə yaxın təmasa keçsə də, 52 yaşlı çalışdırıcı mövsümün ortasında klubu tərk etmək istəmədiyi üçün keçid baş tutmayıb.
"Spurs" isə ən tez zamanda postuna baş məşqçi təyin etmək istədiyi üçün Okan Burukdan vaz keçdi.
Qeyd edək ki, "Tottenhem" yaxın günlərdə italiyalı baş məşqçi Roberto De Zerbini bu mövqeyə təyin edib.









































































