"Arsenal" yayda gənc futbolçusu ilə yolları ayıra bilər.
Sportnet.az İngiltərə KİV-inə istinadən xəbər verir ki, "topçular"ın müdafiəçisi Mayls Lyuis-Skelli "Mançester Yunayted"ə keçmək istəyir.
London təmsilçisində aldığı müddətdən razı olmayan ingiltərəli cinah müdafiəçisi daima oynamaq istədiyi klub axtarışındadır.
Qeyd edək ki, Mayls "Arsenal" akademiyasının yetirməsidir.













































































