İngiltərənin "Tottenhem" klubu yeni baş məşqçisini rəsmən təqdim edib.
Sportnet.az xəbər verir ki, London təmsilçisi italiyalı mütəxəssis Roberto De Zerbi ilə müqavilə imzalandığını açıqlayıb.
Klubun mətbuat xidməti bu barədə sosial şəbəkə hesabında paylaşım edib: “Tottenhemə xoş gəlmisən”.
Qeyd edək ki, Roberto De Zerbi 2025/2026 mövsümündə komandanın artıq dördüncü baş məşqçisi olub. De Zerbi bu posta İqor Tudor, Tomas Frank və Ange Postekoqludan sonra gətirilib.
Hazırda İngiltərə Premyer Liqasında çətin vəziyyətdə olan "Tottenhem" 31 turdan sonra 30 xalla 17-ci pillədə qərarlaşıb. Klubun aşağı liqaya düşmə zonasından fərqi cəmi 1 xaldır.















































































