"Onlar bizə qardaş dövlətdilər və onların Dünya Çempionatında olmaması argentinalıları məyus edir"
Sportnet.az xəbər verir ki, bu sözləri Argentina millisinin baş məşqçisi Lionel Skaloni deyib.
47 yaşlı mütəxəssis İtaliyanın mundialda iştirak etməməsindən məyusdur:
"Onlara baş verənlər məni kədərləndirir. Mənim İtaliya kökənlərim var. Orada çıxış etməyimlə yanaşı, onlar bizə qardaş dövlətdirlər. Bizləri çox sevirlər. İtaliyanın mundialda olmaması argentinalıları məyus edir".


















































































