Bundesliqa təmsilçisi "Ayntraxt" yarımmüdafiəçisi Mario Götze ilə bağlı qərarını verib.
Sportnet.az xəbər verir ki, Almaniya klubu 33 yaşlı futbolçu ilə cari mövsümün sonunda başa çatan müqaviləni 2028-ə qədər uzadıb.
Qeyd edək ki, Götze bu mövsüm "Ayntraxt" forması ilə meydana çıxdığı 26 görüşdə 2 məhsuldar ötürməyə imza atıb.












































































